AZE | RUS | ENG |


Kredit borcunu ödəməyənlərin cəzası yüngülləşdirilir

Kredit borcunu ödəməyənlərin cəzası yüngülləşdirilir
Azərbaycanda kredit borclarını ödəməkdən yayınan şəxslərin cəzası yüngülləşdirilir, onlara qarşı yeni cəza növü tətbiq olunur.
 
APA-nın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsinə dəyişiklik edilir.
 
Layihəyə əsasən, məhkəmənin qüvvəyə minmiş müvafiq qərarına əsasən təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda, müvafiq cərimələrlə birlikdə tətbiq olunan iki ilədək azadlıqdan məhrum etmə cəzası iki ilədək azadlığın məhdudlaşdırılması cəzası ilə əvəzlənir.
 
Qeyd edək ki, azadlığın məhdudlaşdırılması cəzası yenidir və bu, cəzaçəkmə və yaxud həbsxana şəraitində icra olunmur.
 
Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6847
GBP 1 İngilis funt sterlinqi 2.2421
TRY 1 Türk lirəsi 0.4638
KWD 1 Küveyt dinarı 5.6276
SEK 1 İsveç kronu 0.2085
EUR 1 Avro 2.0000
CHF 1 İsveçrə frankı 1.7374
USD 1 ABŞ dolları 1.7001